"Sabah"ın legionerindən nümunəvi addım

22 Noyabr 2019 20:05 Sabah 909
"Sabah"ın legionerindən nümunəvi addım

“Sabah”ın yarımmüdafiəçisi Hendrik Ekşteyn ölkəsi Cənubi Afrika Respublikasında (CAR) turnir keçirir.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu vətənində futbolun inkişafına bu yolla töhfə vermək istəyir.

17 yaşadək futbolçulardan ibarət 16 komanda dekabrın 27-30-da keçiriləcək turnirdə olimpiya sistemi üzrə yarışacaq. Qaliblər pul mükafatı, medallar və kubokla təltif olunacaq.

Ekşteyn özü vətəninə Azərbaycan Premyer Liqasında qış fasiləsi yarandıqdan sonra yollanacaq. Belə ki, oyunçu dekabrın 24-də vətəninə gedəcək. Turnirin təşkili ilə “Hendrik Ekşteyn Fondu” məşğuldu.

Digər Xəbərlər
Xəbər Lenti