"Sabah" bölgələrdə seçiminə başlayır: Futbol küçədə doğulur!

16 Noyabr 2019 00:56 Sabah 1 151
"Sabah" bölgələrdə seçiminə başlayır: Futbol küçədə doğulur!

“Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayır. Sportinfo.az xəbər verir ki, ilk səfər Aran bölgəsinə olacaq.

Akademiyanın rəsmi sponsoru “maxi.az”la tərəfdaşlıq çərçivəsində məşqçi heyəti noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonunda seleksiya xarakterli məşqlər keçəcəklər.

Seçimlər aşağıda göstərilən məkanlarda və saatda, 2001, 2002, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlülər arasında keçiriləcək:

27 noyabr, saat 10:00
Salyan Olimpiya Kompleksinin stadionu.

28 noyabr, saat 10:00
İmişli Olimpiya Kompleksinin stadionu.

29 noyabr, saat 10:00
Saatlı Olimpiya Kompleksinin stadionu.

Ətraflı məlumat üçün:
Salyan (055) 760 31 35
İmişli (050) 394 56 87
Saatlı (050) 589 43 41

“Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda da davam edəcək.

Futbol küçədə doğulur!

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu