"Sabah"ın prezidenti qəzəbləndi: "Bu məğlubiyyətə görə utanmalısız!"

15 Noyabr 2019 16:02 Sabah 839
"Sabah"ın prezidenti qəzəbləndi: "Bu məğlubiyyətə görə utanmalısız!"

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov futbolçulara sərt etirazını bildirib. Sportinfo.az-ın məlumatına görə, o, Premyer Liqanın son ev oyununda "Sumqayıt"a 1:3 hesablı məğlubiyyətdən narazılığını ifadə edib.

Komanda üzvləriylə görüşən klub rəhbəri qeydə alınan nəticənin onun üçün gözlənilməz olduğunu söyləyib:

"Hamınız görürsüz ki, sizlər üçün necə şərait yaratmışıq.

Biz rəhbərlik olaraq komanda üçün əlimizdən gələni edirik. Bəs siz? Bu məğlubiyyətə görə utanmalısız! Nəyiniz çatmır? Baxın, "Sumqayıt"a, görün, necə əzmkar futbol oynayırlar, son dəqiqəyə kimi meydanda mübarizə aparırlar. Halbuki bizim heyətimiz və şəraitimiz onlardan qat-qat yaxşıdır".

Digər Xəbərlər
Xəbər Lenti