Oğlanları Diniyevi "Sabah"a gətirmək üçün çalışır

14 Noyabr 2019 23:25 Sabah 1 238
Oğlanları Diniyevi "Sabah"a gətirmək üçün çalışır

Mövsümün əvvəlində Elşad Əhmədovu istefaya yollayan "Sabah" rəhbərliyi yeni baş məşqçi axtarışını qış fasiləsinə saxlayıb.

Hazırda İqor Ponomaryovun müvəqqəti olaraq icra etdiyi posta namizədlərin siyahısında həm yerli, həm də əcnəbi mütəxəssislər yer alır. "Zirə"dən qovulan Samir Abasov "Sabah"da gözü olan yeganə çalışdırıcı deyil.

Sportinfo.az-ın məlumatına görə, AFFA Məşqçilər Şurasının üzvü Şahin Diniyev də Masazır klubuna can atır. 2017-ci ilin noyabrında !"Kəpəz"dən uzaqlaşdırılan məşqçi "Sabah"ın futbolçularına övladları vasitəsilə təsir etməyə çalışır.

Belə ki, oğlanları - Kərim və Coşqun Diniyev komanda üzvləri arasında təbliğata başlayıb. Onlar atalarının təyinatının təsdiqlənəcəyi halda, hamısının gələn mövsüm də burada qalacağını vəd edib. Kərim və Coşqunla yanaşı, Məqsəd İsayev də bu "piar kampaniyası"nda yaxından iştirak eləyir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı