"Yeni baş məşqçimiz əcnəbi də ola bilər, yerli də"

12 Noyabr 2019 16:57 Sabah 931
"Yeni baş məşqçimiz əcnəbi də ola bilər, yerli də"

"Müşahidə Şurasının iclasında belə qərar verildi ki, müvəqqəti olaraq komandanı İqor Ponomaryov çalışdırsın. Baş məşqçi ilə bağlı məsələ hələ ki, açıq qalıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın icraçı direktoru Emin Abbasov deyib. Onun bildirdiyinə görə, klub idarəçiləri olaraq Müşahidə Şurasının yekun fikrini gözləyirlər:

"Yəqin ki, qış fasiləsinə qədər aydınlıq gələcək duruma. Belə ümumi götürsək, Ayxan Abbasov "Sumqayıt"da yaxşı komanda yaradıb, Elmar Baxşıyevin gəlişindən sonra "Qəbələ"də canlanma var, Aftandil Hacıyev "Səbail"i ötən mövsüm avrokuboklara çıxartdı, "Zirə" də gənc mütəxəssis Zaur Həşimova tapşırılıb.

Digər tərəfdən Adil Şükürov, Samir Abasov, Ramin Quliyev kimi savadlı mütəxəssislərimiz var ki, ortaya yaxşı iş qoya bilərlər. Asta-asta yaxşı, yeni nəsil məşqçilərimiz formalaşır. Açığı, mən yerlilərin tərəfdarıyam.

Bura gələn əcnəbilərin çoxu uğursuz olublar, yaxşı nəticə verənlər isə böyük büdcəsi olan klublarda çalışıblar. İndi futbolumuzda artıq əvvəlki pullar da yoxdu. Bu mənim şəxsi fikrimdir.

Konkret "Sabah"la bağlı duruma gəldikdə, yəqin ki qarşıya qoyulan hədəflərə uyğun məşqçiyə üstünlük veriləcək rəhbərlik tərəfdən. O, əcnəbi də ola bilər, yerli də".

Digər Xəbərlər
Xəbər Lenti