"Sabah"ın futbolçuları Samir Abasovu istəmədi

8 Noyabr 2019 16:46 Sabah 1 010
"Sabah"ın futbolçuları Samir Abasovu istəmədi

"Sabah"da baş məşqçi səlahiyyətlərini yerinə yetirən İqor Ponomaryovun qış fasiləsinə qədər komandanın sükanı arxasında qalacağı dəqiqləşib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, son turlardakı oyundan və nəticələrdən nisbətən razı qalan klub rəhbərliyi yeni çalışçdırıcı təyinatı barədə tələsmək istəmir. Ancaq bununla yanaşı, ölkə daxilində və xaricində axtarışlar davam edir.

Bu günlərdə isə "Sabah"ın düşərgəsində maraqlı hadisə yaşanıb. Ötən ayın əvvəlində "Zirə"dən istefaya göndərilən Samir Abasovun Masazır təmsilçisinə baş məşqçi gətirilməsi haqda futbolçuların fikirləri öyrənilib. Komanda üzvlərindən cəmi ikisi buna müsbət yanaşıb. Yerdə qalan oyunçular isə təyinatın "Sabah"a heç bir xeyir verməyəcəyini bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı