"Futbolçuların zəif olduğunu deməzdim"

3 Noyabr 2019 19:29 Sabah 1 259
"Futbolçuların zəif olduğunu deməzdim"

"Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın 10-cu turunun "Qəbələ" ilə oyunundan sonra mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi əvəzi 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə danışmazdan öncə azarkeşlərə təşəkkür edib.

- Əvvəlcə bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdarlığımızı bildiririk. Əzmkar qələbə qazandıqlarına görə futbolçularımız sağ olsunlar. Çalışacağıq ki, daha irəli gedək.

- Komandanın müdafiə xəttində ciddi problemlər olduğu görünür.

- Futbolçuların zəif olduğunu deməzdim. Sadəcə, bəzilərində oyun təcrübəsizliyi var. Buna baxmayaraq, bu gün verdiyimiz tapşırıqları yerinə yetuirdiklərini deyə bilərəm.

- Ön xətdə də xeyli qol imkanlarını qaçırırsız. Nə çatışmır, bu barədə nə deyə bilərsiz?

- Təkrarçılıq olmasın, deyərdim ki, bizdə bəxt amili də rol oynayır. Bir çox hallarda son nöqtəni qoymağa şansları gətirmir. İstənilən halda bugünkü əzmkarlıq, geridönüş futbolçuların da özünəinamını artıracaq və qarşıdakı oyunlarda da maksimum nəticə göstərməyə çalışacağıq.

- Bəzi epizodlarda hakimlərə sərt etirazınız oldu.

- Hakimlərlə heç bir problemimiz yoxdur. Sadəcə, futbol emosiya oyunudur. Onlara bir sözümüz yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti