"Neftçi"də məşhurlaşdı, özünü "Sabah"da tapdı - TƏRİF EŞİTDİ

28 Oktyabr 2019 12:28 Sabah 782
"Neftçi"də məşhurlaşdı, özünü "Sabah"da tapdı - TƏRİF EŞİTDİ

Qazaxıstan Premyer Liqasında uğurlu çıxış etmiş ən yaşlı futbolçuların siyahısı açıqlanıb. Sportinfo.az xəbər verir ki, 30 yaşdan yuxarı seçilən 10 oyunçu arasında hazırda karyerasını Azərbaycanda davam etdirən sima da var.

Belə ki, "Sabah"ın qapıçısı Saşa Stamenkoviç Qazaxıstanda cəmi 2 il keçirməsinə baxmayaraq, dərin iz buraxmağı bacarıb. "Neftçi"dən ayrıldıqdan sonra "Okjetpes"ə üz tutan serbiyalı qısa müddətdə orada da özünü sevdirməyi bacarıb.

Yerli KİV Stamenkoviçlə bağlı bunları yazıb: "Stamenkoviç "Neftçi"dəki inamlı oyunu sayəsində məşhurlaşdı. Bakı komandası ilə parlaq qələbələrə imza atan Stamenkoviç 2016-cı ilin yazında "Okjetpes"lə anlaşdı.

Serb qolkiper çempionatımıza ciddi yanaşdı, komandasına sədaqət nümayiş etdirdi və əlbəttə ki, qapısında möhtəşəm performans göstərdi. Burda iki mövsüm keçirdikdən sonra 2018-ci ildə yenidən Azərbaycana qayıtdı və hazırda "Sabah"ın çərçivəsini qoruyur".

Stamenkoviçlə yanaşı, Antonio Rukavina, Pablo Fontanelo, Jaba Kankava, Predraq Şikimiç, Kirill Kovalçuk, Aleksandr Pişur, Joao Paulo, Andrey Arşavin və Anatoli Timoşuk da siyahıda yer alıb. Sabah"a ötən ilin yayında keçən Saşa Stamenkoviçin müqavilə müddəti mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!