2:2-yə "OK"! - FOTOLAR

27 Oktyabr 2019 10:38 Sabah 1 350
2:2-yə "OK"! - FOTOLAR

Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, həftənin ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib.

Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da baş tutan oyunda hesabı qonaqlar açıb. Qəsəbə təmsilçisinin heyətində 23-cü dəqiqədə Nicat Süleymanov fərqlənib. Ancaq meydan sahibləri ilk yarıda dönüş edə biliblər. Amadu Diallo 28-ci və 44-cü dəqiqələrdə rəqibi məyus edib.

İkinci hissədə isə Süleymanov dublunu rəsmiləşdirib. O, 88-ci dəqiqədə bərabərlik qolunu vurub.Bu heç-heçədən sonra xalını 7-yə çatdıran "Sabah" 7-ci pilləyə yüksəlib. "Zirə" isə 9 xalla 6-cə sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"