"Sabah"la danışdı, "Şaxtyor"a gedir? - "HƏR ŞEY OLA BİLƏR"

26 Oktyabr 2019 16:08 Sabah 1 088
"Sabah"la danışdı, "Şaxtyor"a gedir? -

"Zarya"nın sabiq baş məşqçisi Vitali Vernidub Belarusda işləyə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Tribuna" nəşri məlumat yayıb. İddiaya görə, ukraynalı mütəxəssis Soliqorsk "Şaxtyor"u ilə danışıq aparır. Bununla bağlı yerli mətbuata danışan 53 yaşlı məşqçi məlumatı nə təkzib, nə də təsdiq edib:

"Hələ ki, heç nəyi şərh etməyəcəm. Həyatda hər şey ola bilər. "Şaxtyor"? Bunu zaman göstərəcək. Əvvəlcədən nəsə danışmaq istəmirəm".

Vernidubun son klubu "Zarya" olub. O, 2011-2019-cu illərdə Luqansk təmsilçisini çalışdırıb. Təcrübəli mütəxəssis ötən ay "Sabah"la danışıq aparmaq üçün Bakıya gəlmiş, hətta komandanın "Səbail"lə çempionat oyununu (3:0) "Əlincə Arena"da canlı izləmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti