İqor Ponomaryov: "Necə olacağını zaman göstərəcək"

26 Oktyabr 2019 12:50 Sabah 803
İqor Ponomaryov: "Necə olacağını zaman göstərəcək"

"Zirə" yaxşı komandadır. Onlar yaxşı futbol oynayır. Üstəlik "Zirə"nin yeni baş məşqçisi var. İstənilən halda bu oyunda da üç xal üçün mübarizə aparacağıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın baş məşqçi əvəzi İqor Ponomaryov deyib. Premyer Liqanın 9-cu turu çərçivəsində "Zirə" ilə qarşılaşacaq "Sabah" son pillədən qurtulmaq üçün qələbə qazanmaq istəyəcək. Komandanın baş məşqçi səlahiyyətlərini icra edən Ponomaryov komandaya köməkçi məşqçi kimi dəvət edilən Ramin Quliyev haqda da danışıb: "Bəli, Ramini komandaya dəvət etdik. O, yaxşı oğlandır. Həm də yaxşı mütəxəssis olduğunu göstərir. Sözsüz ki, Ramin Quliyev məşqçi korpusunu da gücləndirəcək".

“Sabah” turnir cədvəlinin son pilləsindən qurtula biləcəkmi?” sualına isə Ponomaryov bu cür cavab verib: “Klubumuzda və komandamızda nəticəyə biganə qalan insanlar yoxdur. İndi komanda ilə çox iş görülür. "Sabah" yüksək səviyyədə oynaya biləcəyini göstərir. Biz mübarizəmizi aparacağıq. Necə olacağını isə zaman göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti