Yığmamızın müdafiəçisi üçün xaricdən "təklif yağışı"ı

21 Oktyabr 2019 10:20 Sabah 2 464
Yığmamızın müdafiəçisi üçün xaricdən "təklif yağışı"ı

Millinin müdafiəçisi Bəhlul Mustafazadə qış fasiləsində Azərbaycanı tərk edə bilər. Sportinfo.az-ın məlumatına görə, gənc futbolçu yenidən bir neçə xarici klubun maraq dairəsinə düşüb.

"Qəbələ"nin yayda yayda 100 min manat qarşılığında "Sabah"a satdığı Bəhlulun elçiləri sırasına Türkiyə, Rusiya, İngiltərə (Çempionşip), Çexiya və Belçika komandaları daxildir.

Onun "Sabah"la sözləşməsi 3 illikdir. Premyer Liqa təmsilçisi hazırda gələn təklifləri götür-qoy edir və danışıqlar istənilən məcrada gedərsə, Mustafazadəni aldığı qiymətdən bir neçə dəfə artıq rəqəmə satacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM