Yeni baş məşqçi bu gün Azərbaycan klubunu izləyəcək?

2 Mart 2024 13:00 Sabah 2 348
Yeni baş məşqçi bu gün Azərbaycan klubunu izləyəcək?

"Sabah"ın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

Krunoslav Renduliçin Masazır təmsilçisini çalışdırmaq ehtimalı yüksəkdir.

Ötən ay Murad Musayevlə vidalaşmaq məcburiyyətində qalan Azərbaycan klubu 50 yaşlı xorvatiyalı ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalamaq üzrədir.

Danışıqlar rəsmiləşsə, onun köməkçiləri Saşa Sabljak və Domaqoy Periç olacaq.

Xorvatın artıq Bakıya təşrif buyurması barədə xəbərlər var. Premyer Liqanın 25-ci turu çərçivəsində keçiriləcək «Sabah» - «Araz Naxçıvan» qarşılaşmasını canlı izləyəcəyi deyilir.

Krunoslav Renduliçin namizədliyi necə yaranıb? Onu klub rəhbərliyinə xorvatiyalı tanışları təklif edib.

O, baş məşqçi kimi Xorvatiyada "İstra", "Sibenik" və "Qoritsa"nı çalışdırıb. İran millisində köməkçi məşqçi kimi işləyib.

Balkanlı mütəxəssisin son klubu Bosniya və Herseqovinada "Zrinjskini" olub. Renduliç Mostar təmsilçisi ilə ölkə çempionu olub, kuboku qazanıb və Konfrans Liqasının qrup mərhələsində iştirak edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti