"Sabah"ın xilası - FOTOLAR

20 Oktyabr 2019 09:14 Sabah 471
"Sabah"ın xilası - FOTOLAR

Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, həftənin ikinci matçında "Keşlə" "Sabah"ı qəbul edib.

"ASCO Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. İlk qolu 16-cı dəqiqədə Vüsal İsgəndərli vurub. 90+2-ci dəqiqədə isə Hendrik Ekşteyn qonaqları məğlubiyyətdən xilas edib.

Bu heç-heçədən sonra xalını 12-yə çatdıran "Keşlə" 2-ci sırada qalıb. "Sabah" isə 6 xalla "Qəbələ" ilə son iki pilləni bölüşür.

Digər Xəbərlər
Xəbər Lenti