"Sanki oyunun içində deyildim"

19 Oktyabr 2019 21:52 Sabah 863
"Sanki oyunun içində deyildim"

"Sabah"ın futbolçusu Ozan Can Kökçü "Keşlə" ilə görüşdən sonra Sportinfo.az-a müsahibə verib:

- Matçla bağlı fikirlərin necədir?
- Oyuna baxsaq, futbolu daha çox bizim oynadığımızı düşünürəm. Düzdür, bir xal qazandıq. Amma pis oynamadıq.

- Demək olar ki, komanda fasilədən lazımınca istifadə edə bilməyib?
- Bilmirəm. Özüm də U-21 yığmasının heyətindəydim. Komandamızın fasilədə yaxşı hazırlaşdığını düşünürəm. 100 faiz çalışırıq, heç kimin şübhəsi olmasın. Amma artıq üç xalın gəlməsi lazımdır.

- Üç xal qazanmağınız üçün sizə nə lazımdır?
- Bunu demək mənə düşməz. Futbolçu kimi onu deyə bilərəm ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik. İnşallah bundan sonra oyunlarda daha yaxşı oynayıb, üç xal qazanmaq istəyirik.

- Baş məşqçi sanki oyunundan narazı qaldı...
- Haqlı olduğunu düşünürəm. Mənə görə sanki oyunun içində deyildim. İlk dəqiqələrdən istədiyim oyun alınmadı. “Keşlə” də müdafiədə yaxşı qapandı. Bu da öz təsirini göstərdi. Oyunumu oynaya bilmədim. Son zamanlar həm U-21 yığmasında, həm də burada oyunlar oynadıq. Bir az yorğunçuluq ola bilər. Nəticədə futbolçuyuq, nə qədər oyun varsa oynamalıyıq. Amma bu günki çıxışımdan razı deyiləm. Ona görə də baş məşqçimizin doğru qərar verdiyini düşünürəm. Bundan sonra çalışıb daha doğru qərarlar verəcəm.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”