Premyer Liqanın 8-ci turunun “Keşlə” - “Sabah” (1:1) oyunu başa çatar-çatmaz ara qarışıb.
Sportinfo.az saytının stadionda olan əməkdaşının verdiyi məlumata görə, görüş yekunlaşan kimi “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadə baş hakimə sərt şəkildə etiraz edib.
Kamal Umudlu isə buna görə ona qırmızı vərəqə göstərib. Məhz bundan sonra millimizin futbolçusu baş hakimin üzərinə yeriyib, onu sillə və yumruqla vurmaq istəsə də, Umudlunu polislər xilas edib. Hakimlər briqadası polislərin nəzarəti altında paltardəyişmə otağına yollanıb. Asayiş keşikçiləri hazırda "mix zona"nın yaxınlığında dayanaraq hakimlər briqadasını mühafizə edir.

