Rumın mütəxəssis "Sabah"ın təklifinə "yox" dedi - "Xəzər Lənkəran"da işləyib

17 Oktyabr 2019 21:22 Sabah 957
Rumın mütəxəssis "Sabah"ın təklifinə "yox" dedi -

Baş məşqçi axtarışında olan “Sabah” hazırda bir neçə məşqçi ilə danışıq aparır. Sportinfo.az-a daxil olan məlumata görə, hazırda Premyer Liqada turnir cədvəlinin son pilləsində qərarlaşan klubun maraq dairəsində rumıniyalı məşqçi də olub.

Belə ki, əvvəllər “Xəzər Lənkəran”da çalışmış Mihay Tejaya da “Sabah”da baş məşqçi kimi çalışmaq təklif edilib. Amma təklif hazırda “Poli Yasi” klubunda çalışan 41 yaşlı mütəxəssisi qane etməyib. Ona aylıq 5 min dollar təklif edilib ki, Teja da bununla razılaşmayıb.

“Sabah”la yanaşı, “Qəbələ”nin də rumıniyalı mütəxəssislə maraqlandığı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti