Yığmamızın qapıçısının burnunu sındırdılar

31 Yanvar 2024 04:00 Sabah 1 317
Yığmamızın qapıçısının burnunu sındırdılar

"Sabah"ın heyətində itki baş verib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin qapıçısı Rustam Samigullin sıradan çıxıb.

21 yaşlı qolkiper əvəzedicilər liqasının "Zirə" ilə matçında (4:3) zədələnib.

Azərbaycan U-21 millisinin üzvünün rəqiblə toqquşma nəticəsində burnu sınıb.

Gənc qapıçı həftə ərzində təkrar müayinədən keçəcək. Həkimlərin rəyindən sonra onun yaşıl meydanlara nə vaxt qayıdacağı tam bəlli olacaq.

Rustam Samigullin bu mövsüm "Sabah"ın heyətində Premyer Liqada iki matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti