"Baş məşqçi ilə bağlı hansısa təklif yoxdur" - "SABAH" RƏSMİSİ

16 Oktyabr 2019 13:52 Sabah 794
"Baş məşqçi ilə bağlı hansısa təklif yoxdur" -

"Məşqçinin seçim prosesi ilə birbaşa məşğul olan şəxs mən deyiləm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın Müşahidə Şurasının üzvü Rəhman Hacı deyib. Yeni baş məşqçi məsələsi haqda danışan klub rəsmisi məlumatsız olduğunu bildirib:

"Bu məsələylə klubun rəhbərliyi məşğuldur. Bu sualı onlar daha dolğun cavablandıra bilərlər. Sizə məlumat vermək istərdim. Təəssüf ki, heç nə söyləyə bilməyəcəm. Çünki bu barədə məndə informasiya yoxdur".

Rəhman Hacı danışıqlar prosesində də iştirak etmədiyini bildirib: "Təəssüf ki, danışıqlarla da məşğul olmuram. Biz yalnız hər hansı qərarın təsdiqlənməsi ilə məşğuluq. Hazırda Müşahidə Şurasının üzvlərinin qarşısında baş məşqçi ilə bağlı hər hansı təklif yoxdur. Komandamızda bu işi İqor Ponomaryov görür, baş məşqçi funksiyalarını o, icra edir. Məndə bundan başqa yeni məlumat yoxdur".

Xatırladaq ki, Elşad Əhmədovun istefasından sonra "Sabah"da baş məşqçi vəzifəsini müvəqqəti olaraq, İqor Ponomaryov yerinə yetirir.

Digər Xəbərlər
Xəbər Lenti