"Sabah"dan İqor Ponomaryova: "İşini davam etdir"

12 Oktyabr 2019 12:20 Sabah 658
"Sabah"dan İqor Ponomaryova:

"Sabah"ın baş məşqçi axtarışları hələ ki, nəticə vermir.

Sportinfo.az-ın məlumatına görə, danışıq aparılan əcnəbi mütəxəssislərlə anlaşa bilməyən klub rəhbərliyi bu yaxınlarda iclas keçirib. Toplantıda komandaya müvəqqəti baş məşqçi təyin olunan İqor Ponomaryova işini davam etdirməsi deyilib.

Məsələylə bağlı "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi yeni çalışdırıcı təyin olunana qədər Ponomaryovun bu postda qalacağını bildirib:

"Məşqçi məsələsi ilə bağlı Müşahidə Şurasının iclasında qərar verilmişdi. Bu barədə rəsmi açıqlama da yaymışdıq. Orada da qeyd olunmuşdu ki, yeni baş məşqçi təyin olunana qədər İqor Ponomaryov klubda bu vəzifəni yerinə yetirəcək. Həmin toplantıdan sonra dəyişən nəsə yoxdur. Məşqçi axtarışlarımız davam edir. Bir neçəsi ilə danışıq aparırıq. Menecerlər də bəzi mütəxəssisləri təklif edirlər".

Qeyd edək ki, "Sabah" Yuri Vernidub, Georgi Tsedsadze və Suat Kaya kimi məşqçilərlə danışıq aparır.

Digər Xəbərlər
Xəbər Lenti