"Sabah" klubu: olmasın Özat, olsun Suat - KAYA BAKIYA GƏLDİ VƏ VAXT İSTƏDİ

8 Oktyabr 2019 10:38 Sabah 1 272
"Sabah" klubu: olmasın Özat, olsun Suat  - KAYA BAKIYA GƏLDİ VƏ VAXT İSTƏDİ

"Sabah"ın yeni baş məşqçi axtarışı son fazaya daxil olub. Sportinfo.az bununla bağlı ən yeni xəbər əldə edib. Redaksiyamıza verilən məlumata görə, "sarı-qaralar" hazırda Suat Kaya ilə danışıqlar aparır.

Ukraynalı Yuri Vernidub və gürcü Georgi Tsetsadzedən sonra üzünü yenidən Türkiyəyə tərəf çevirən klub vaxtilə "Qaralatasaray"ın formasını geyinmiş, 2000-ci ildə bu komanda ilə UEFA Kubokunu qazanmış Kayanı Bakıya dəvət edib.

52 yaşlı mütəxəssisin son iş yeri "Menemen Belediyyespor" olub. O, 3 il çalışdırdığı II Liqa klubunu bu yaxınlarda tərk edib. Məşqçilik karyerasına 2006-cı ildə "Büyükşehir Qaziantepspor"da başlayan Kaya sonrakı illərdə müxtəlif klubların sükanı arxasında dayanıb.

Sırasıyla "Orduspor" (2007), "Çaykur Rizespor" (2009), "Diyarbekirspor" (2010), "Tokatspor" (2011), "Göztepe" (2014) və "Bucaspor"da (2014-2016) fəaliyyət göstərib. Bu illər ərzində iki dəfə "Büyükşehir Qaziantepspor"a gedib-qayıdıb (2007/08 və 2013).

Bildiyimizə görə, "Sabah" Suat Kayanın qarşısına konkret məqsəd qoyub. Yəni ki, digər namizədlər kimi, ondan da avrokuboklara vəsiqə təminatı istənilib. Türkiyəli məşqçi fikirləşmək üçün onlardan həftəsonunadək vaxt alıb.

Əlavə edək ki, "Sabah" əvvəlcə digər türk mütəxəssis Ümit Özatla danışıq aparsa da, tərəflər şərtlərdə razılığa gələ bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti