"Sabah" türkiyəli məşqçi gətirir - ÜMİT ÖZAT DEYİL

8 Oktyabr 2019 09:42 Sabah 555
"Sabah" türkiyəli məşqçi gətirir  -  ÜMİT ÖZAT DEYİL

"Sabah"ın yeni baş məşqçisinin kimliyinə qarşıdakı bu günlərdə aydınlıq gələcək. Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi ukraynalı Yuri Vernidubla ortaq məxrəcə gələ bilməyib.

"Zarya"nı 2 dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış ukraynalı mütəxəssislə şərtlər üst-üstə düşməyib. Klub rəhbərliyi diqqətini yenidən Türkiyəyə yönəldib.

Amma bu dəfə maraq dairəsində olan Ümit Özat deyil. Sonuncu iş yeri "Adana Dəmirspor" olan Özatın çoxsaylı tələblər irəli sürməsi onunla razılaşmanı əngəlləyib.

Hazırda "Sabah"ın gündəmində adı hələlik gizli saxlanılan daha bir türkiyəli mütəxəssis var və o, danışıqlar üçün Bakıya dəvət edilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!