"Sabah"ın məşqçisi: "Uşaqlar nə bacardılarsa, onu etdilər"

6 Oktyabr 2019 22:39 Sabah 419
"Sabah"ın məşqçisi: "Uşaqlar nə bacardılarsa, onu etdilər"

Premyer Liqada VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırdı. Sportinfo.az həmin konfransı təqdim edir:

- Ruslan Abışovla Cavib İmamverdiyev niyə oynamırdı?
- Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.

- Coşqun Diniyev sanki əvəzlənməsindən narazı idi...
- Özü istəmişdi.

- Məğlubiyyətin səbəbi nə idi?
- Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilır. Nə bacardılarsa, onu etdilər.

- "Qarabağ” dövrə ərzindəcəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindi?
- Şanssızlıqdı səbəb. Bizim imkanlarımız oldu, yararlana bilmədik.

- Komanda sonuncudur. Buna görə də futbolçulara təşəkkür edirsiz?
- Yox. Bugünkü oyuna görə təşəkür etdim.

- Sonuncu olmağınızda səbəb nədir?
- Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Səbəbi öz aramızda araşdıracağıq.

- Fasilədə baş məşqçi məsələsi həllini tapacaq?
- Bu, rəhbərliyə aid məsələdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!