COP29

"Sabah"ın uşaqları Türkiyədə çempion oldu

20 May 08:20 Sabah 742
"Sabah"ın uşaqları Türkiyədə çempion oldu

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandası ilə heç-heçə edib, yerli "Ortacı Esnaf" komandasına qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb.

U-14 bu mərhələdə Türkiyənin "Antalya" komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb.

Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb.

Həlledici matçda "Antalyaspor"la qarşılaşan "Sabah" əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"