COP29

Azərbaycan millisinin oyunçusu "Neftçi"ni "Sabah"a dəyişdi

8 May 14:20 Sabah 6 573
Azərbaycan millisinin oyunçusu "Neftçi"ni "Sabah"a dəyişdi

Yığmamızın yarımmüdafiəçisi Eddi İsrafilov növbəti mövsümləri də Azərbaycanda keçirəcək.

2022-ci ildən «Neftçi»nin formasını geyinən milliləşdirilmiş oyunçu «Sabah»la şifahi razılığa gəlib.

31 yaşlı futbolçu Masazır təmsilçisinin 2 illik müqavilə şərtlərini qəbul edib.

«Ağ-qaralar» da onunla anlaşmanı yeniləməyə hazır idi. Bunaqədərki karyerası əssın İspaniya ilə bağlı olan İsrafilov «Neftçi»dən daha çox pul istədiyindən, danışıqlar baş tutmayıb.

Eyni zamanda onun «Boluspor»la görüşmələri də istənilən nəticəni verməyib. Türkiyənin I Liqa təmsilçisi 31 yaşlı orta sahə oyunçusu ilə maliyyə şərtlərində ortaq məxrəcə gəlməyib.

Vüsal İsgəndərlinin də formasını geyindiyi Bolu klubunun illik təklifi 250 min dollardan 150 min dollara kimi aşağı çəkməsi Edini Türkiyəyə yollanmaq fikrindən daşındırıb.

SPORTNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti