“Sabah” Azərbaycan Premyer Liqasında liderliyini möhkəmləndirib.
Sportinfo.az xəbər verir ki, 17-ci turun son oyun günündə lider “Sabah” autsayder “Karvan-Yevlax”ı qəbul edib.
Masazırdakı “Bank Respublika Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə başa çatıb.
Abşeron təmsilçisinin qolları Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların təsəlli qoluna isə 83-cü dəqiqədə Olavale Doyeni imza atıb.
Bu qələbədən sonra xallarını 40-a çatdıran “bayquşlar” vahid liderliyini davam etdirirlər. Bununla da onlar “Kəpəz”ə sürpriz şəkildə (0:2) məğlub olan “Qarabağ”la xal fərqini artıq 4-ə yüksəldiblər.
“Karvan-Yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qalıb.
“Sabah” - “Karvan-Yevlax” 4:1

