Braziliyalı müdafiəçi: “Sabah”dan dəvət aldığım zaman…”

26 İyun 2025 01:00 Sabah 1 297
Braziliyalı müdafiəçi: “Sabah”dan dəvət aldığım zaman…”

“Sabah”ın legioneri İqor Noqeyra ölkəsi Braziliya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Azərbaycan kubokunu qazanması ilə bağlı təəssüratlarını bölüşüb.

O, bu nailiyyətə layiq çıxış etdiklərini deyib:

“Bu uğuru sözlərlə izah etmək çətindir. “Sabah”dan dəvət aldığım zaman klubun hədəflərini, təşkilatlanmasını, gündəlik çalışan insanların nəyi arzuladığını bilirdim.

Bu titul bütün bunların mükafatı oldu. Biz bu ana çatmaq üçün çox çalışdıq, inam və fokusla işimizi görməyə davam etdik”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!