Quadalupe millisinin müdafiəçisi Azərbaycan klubu ilə müqavilə imzaladı

25 İyun 2025 13:20 Sabah 2 662
Quadalupe millisinin müdafiəçisi Azərbaycan klubu ilə müqavilə imzaladı

Bugünlərdə Əlcəzair yığmasının müdafiəçisi Akim Zedadkanı sıralarına qatan “Sabah” növbəti transferini reallaşdırıb.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək klub Stiv Solveti düşərgəsinə gətirib.

O, ”bayquşlar”la 2 illik ŞƏXSİ müqavilə imzalayıb. Münasibətlərinin rəsmiləşməsi isə iyulun 1-nə qalıb.

29 yaşlı mərkəz müdafiəçisinin son klubu Fransa Liqa 2-də oynayan “Martiq” olub.

Quadalupe millisinin də üzvü olan Stiv “Straburq II”, “Dijon”II, “Setye” və “Orleans”da (hamısı Fransa) forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA