
"Sabah" Rəhman Daşdəmirovdan sonra daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Millimizin müdafiəçisinin kontraktını 2 illik uzadan «bayquşlar» bu dəfə Stas Pokatilovla «nigah»ını təzələyib.
Qazaxıstan yığmasının qapıçısı bu gün 2 illik (1+1) sözləşməyə qol çəkib.
Buna əsas səbəb ölkə kubokunun qalibi olan "tələblər"in Avropa Liqasında iştirak etmək hüququ qazanmasıdır.
32 yaşlı qolkiper hətta daha yüksək əməkhaqqı qarşılığında vətənə qayıtmağı da təxirə salıb.
Masazır təmsilçisi Qazaxıstan millisinin «1 nömrə»sini qış fasiləsində heyətinə qatıb.
Pokatilov "Sabah" formasında keçirdiyi 19 görüşdə qapısında 21 qol görüb.
O. karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas burada 29 oyun keçirib.
SPORTİNFO.AZ