Fransanın hər yerini dolaşan müdafiəçi Premyer Liqamızda

24 İyun 13:20 Sabah 1 968
Fransanın hər yerini dolaşan müdafiəçi Premyer Liqamızda

“Sabah” növbəti transferini reallaşdırmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək klub Stiv Solvetlə anlaşıb.

29 yaşlı mərkəz müdafiəçisinin son klubu Fransa Liqa 2-də oynayan “Martiq”dir.

Quadalupe milli komandasının da üzvü olan Stiv “Straburq”II, “Dijon”II, “Setye”, “Orleans” (hamısı Fransa) klublarında forma geyinib.

Onun hazırkı komandası ilə müqavilə müddəti 6 gündən sonra başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!