İlkin Fikrətoğlu: Baş məşqçi dəyişikliyi heç yerinə düşmədi - VİDEO

24 İyun 19:40 Sabah 476
İlkin Fikrətoğlu: Baş məşqçi dəyişikliyi heç yerinə düşmədi - VİDEO

Azərbaycan klublarından bu mövsüm avrokuboklararda mübarizəyə ilk olaraq “Sabah” başlayacaq.

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Sabah” yenə hamını təəccüblləndirib.

Rusiyalı baş məşqçi Vasili Berezutski komandaya Azərbaycan Kubokunu qazandırdıqdan bir neçə gün sonra gözlənilmədən Moskvaya, ailəsinin yanına dönmək istədiyini bildirirək, istefa verdi.

Avroliqaya hazırlaşan “Sabah” üçün belə məqamda baş məşqçi dəyişikliyi heç yerinə düşmədi.

Yeni çalışdırıcının komandanı formalaşdırması, uyğunlaşma dövrünü keçməsi… Bütün bunlar zaman tələb edir.

Rəqibə isə bunlar üstünlük verir. Slovenya təmsilçisi “Selye” bəlkə də çoxuna rahat bir rəqib kimi görünür.

Amma bu komandanını son mövsümdə Konfrans Liqasında 1/4 finala qədər irəliləməsi, burada “Fiorentina”ya iki oyunun yekununda 3:4 hesbayla uduzmasını nəzərə alsaq, “Sabah”ı heç də asan oyunlar gözləmir.

“Selye” Slovenya liqasını dördüncü sırada bitirsə də, çempion “Olimpiya Lyublyana”dan da, “Maribor”dan da, ümumiyyətlə, bütün rəqiblərindən çox - 76 qol vurub. Mövsümün son 20 matçının birində də qol vurmadan meydanı tərk etməyib.

“Sabah”ın idman direktoru İqor Poniomaryov bildirib ki, klubun seleksiyaçıları yaxşı işlər görüblər: “İnanıram ki, yeni transferlər komandanı gücləndirəcək”.

Söhbətin hansı transferlərdən, kimlərdən getdiyi isə hələlik qaranlıq olaraq qalır. Müsbət məqam odur ki, “Sabah”la vidalaşan Con İrasabalı çıxmaq şərtiylə qalan heyət üzvləri yerindədir.

Ümumiləşdirsək, “Sabah”ın Sloveniya klubu ilı mübarizədıə mərhələ adlamaq şansı 50 faizdir.

Azərbaycan Kubokunun qalibi ilk oyununu iyulun 10-da Bakıda, cavab görüşünü ayın 17-də Sloveniyada keçirəcək.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!