
«Sabah»ın sükanı arxasına keçən Valdas Dambrauskas özünə 3 yeni köməkçi götrüb.
Azərbaycan kubokunun sahibi ilə üçillik müqavilə imzalayan litvalı çalışdırıcı iki həmyerlisini bura gətirib.
Valerio Zuddas və Yustinas Qasiunas artıq «bayquşlar»ın məşqçi korpusunda yer alıb.
Digər yardımçı isə «Sabah»a daha yaxından tanış olan birisidir. Həmin şəxs Kristian Sebalyosdur.
32 yaşlı ispaniyalının futbolçu karyerasında son klubu "Sabah" olub.
Masazır təmsilçisində keçirdiyi 31 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bir neçə ay əvvəl karyerasını başa vuran ispaniyalının "Sabah"dan öncə Belçikada “Sent-Trüden”, Qətərdə “Qətər”, “Əl Vakra”, İngiltərədə “Tottenhem”, “Çarlton” kimi klublarda forma geyindiyini bildirək.
SPORTİNFO.AZ