
"Sabah"ın Avstriya toplanışı start götürüb.
Avropa Liqasında ölkəmizi təmsil edəcək "tələbələr" yeni baş məşqçimiz Valdas Dambrauskasın rəhbərliyi atlında dünən ilk məşqinə çıxıb.
Təlim-məşq toplanışına pozitiv əhval-ruhiyyə ilə start verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Amma əcnəbi mütəxəssisə tam heyətlə bir araya gəlmək müəssər olmayıb.
Belə ki, müqaviləsi bitən futbolçularla bağlı yekun qərar verilməyib.
Arasında yerlilərlə bərabər, əcnəbilər də var.
Konkretləşdirəsi olsaq, söhbət Sofian Çakla, Anatoli Nuriyev və Namiq Ələsgərovdan gedir.
Hər üçünə yeni müqavilə təklif edilib, lakin tərəflər arasında razılıq əldə olunmayıb.
Anlaşma imzalanandan sonra adıçəkilənlər də Vadasın sərəncamında olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ