Premyer Liqa klubunda çalışanların bank hesablarına “STOP” QOYULDU!

14:00 Sabah 536
Premyer Liqa klubunda çalışanların bank hesablarına “STOP” QOYULDU!

«Sabah»da çalışan əksər məşqçi və əməkdaşlar gözləmədikləri problemlə üzləşib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xitdməti tərəfindən onların bank hesablarına «stop» qoyulub.

Məhdudiyyətə səbəb onların vergi uçotu ilə bağlı göndərişlərində uyğunsuzluğun yaranmasıdır.

Bu üzdən klubun işçi personalı böyük miqdarda personalı böyük miqdarda cərimələnib. 1000 manat cərimələnən də var, 6000-7000 manat cərimələnən də.

Problem bu şəxslərin mühasibatlıq işinə barmaqarası yanaşmasından qaynaqlanıb.

Belə ki, «Sabah» rəhbərliyi hər ayın başında maaşları ödəyərkən vergiləri də nəzərə alıb, fəqət, personala daxil olanlar klub tərəfindən ayrılan vəsaiti müvafiq istiqamət üzrə göndəriş etməyib. Və dəfələrlə edilən xəbərdalığa məhəl qoymayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti