
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirlib.
Əlcəzairlli müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.
O, karyerası ərzində Fransanın "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyanın "Saraqosa" (2024) və Polşanın "Pyast" (2025) klublarında oynayıb.
Zedadka "Sabah"da 80 nömrəli formada çıxış edəcək.
Bu, "Sabah"ın cari yay transfer pəncərəsində aldığı ilk futbolçu olub.