"Sabah" Avstriyada seçdi - Rumınlar və macarları

21 İyun 2025 00:40 Sabah 540
"Sabah" Avstriyada seçdi - Rumınlar və macarları

"Sabah”ın yay hazırlıq planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək. Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.

Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.

"Sabah" Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcək.

as səhifə/Azərbaycan futbolu/“Sabah”ın yay hazırlıq planı bəlli oldu
Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları