“Ceyran”ın göz yaşları “Sabah”a inandırıcı gəlmədi

01:50 Sabah 78
“Ceyran”ın göz yaşları “Sabah”a inandırıcı gəlmədi

“Sabah”ın U-14 komandası Qazaxıstanın Konayev şəhərində keçirilən “More Futbola” beynəlxalq futbol turnirində iştirak edir.

Sportinfo.az xəbər verir ki, İlqar Mənsimovun baş məşqçisi olduğu komanda turnirdə keçirdiyi ilk üç oyunun hər birində qələbə qazanıb.

U-14 komandası Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran”ını 10:0, “Kayrat Aksay”ı isə 9:0 hesabı ilə məğlub edib.

"Sabah" – "Momunov" FA 8:1
Qollar:
Əli Hacıyev (3), Həsən Ramazanov, Həsən Məhmədov (2), Murad Məmmədzadə (2).

"Ceyran" – "Sabah" 0:10
Qollar:
Murad Məmmədzadə (3), Əli Hacıyev (3), Həsən Ramazanov (2), Həsən Məhmədov, Xəyyam Məmmədcəfərli.

"Sabah" – "Kayrat Aksay" 9:0
Qollar:
Əli Hacıyev (3), Murad Məmmədzadə (3), Həsən Məhmədov, Oğuz Talıblı, Ülvi Əlizadə.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!