
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sabah”ın rəqibinin adına aydınlıq gəldi.
“Tələbələr” sözügedən turnirin I təsnifat mərhələsində “Selye”si ilə münasibətlərinə aydınlıq gətirəcək.
Püşkatma mərasimindən əvvəl Sloveniya klubunun sosial media səhifəsində azarkeşlərə sual ünvanlanıb.
Rəqibimizin hansı komanda olmasını arzulayırsınız?
Potensial rəqiblərin arasında dörd klubun adı var idi – “Hekken” (İsveç), “Sabah”, “Ilves Tampere” (Finlandiya) və “Priştina” (Kosovo).
Sorğuda iştirak edən “Selye” azarkeşlərinin 38 faizi Kosovo təmsilçisini arzulayırdısa, 34 faiz sevimli komandalarının “Sabah”la qarşılaşmasını istəyirdi.
Sloveniyalılar üçün arzuolunmaz rəqiblər Skandinaviya komandaları idi ki, “Hekken”lə “Tampere”yə səs verənlərin faizi 14-ə bərabər idi.
Beləliklə, püşkün “Selye”sevərlərin ürəyincə olduğunu deyə bilərik. Qarşılaşmaq istədikləri iki komandadan biri bəxtlərinə düşdü.
Komandalar arasındakı ilk oyun iyulun 10-da Bakıda, cavab qarşılaşması bir həftə sonra səfərdə baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ