
"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Masazır klubu Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə (Sloveniya) məğlub olacağı təqdirdə "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə görüşəcək.
Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 24-ü və 31-də keçiriləcək.
Qəsəbə təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.