Baş məşqçidən sonra iki köməkçisi də buradan ayrıldı

19 İyun 2025 00:40 Sabah 1 050
Baş məşqçidən sonra iki köməkçisi də buradan ayrıldı

Vasili Berezutski ilə birlikdə onun “Sabah”dakı köməkçiləri də klubu tərk edib.

Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssislər Dmitri Smirnov və Aleksandr Naqornı Bakı təmsilçisi ilə vidalaşıb.

Smirnov və Naqornının müqavilələrinə elə maddə əlavə olunmuşdu ki, baş məşqçi ayrıldığı təqdirdə onların da sözləşmələri avtomatik olaraq başa çatır.

Onlardan fərqli olaraq, qapıçılar üzrə məşqçisi Aleksey Antonyukun “Sabah”da işini davam etdirmək ehtimalı yüksəkdir. Çünki klub onunla əməkdaşlığı dayandırmamaqda maraqlıdır.

Vasili Berezutski bir neçə gün əvvəl ailəsində yaranmış problemlə əlaqədar “Sabah”dan ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA