
Rusiya millisinin sabiq baş məşqçisi Yuri Syomin həmyerlisi Vasili Berezutskinin “Sabah”dan ayrılmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, vaxtilə ölkəmizdə “Qəbələ”yə rəhbərlik etmiş Syomin həmkarının “Sabah”da uğurlu mövsüm keçirdiyini düşünür.
O, Berezutskinin Bakı təmsilçisindəki fəaliyyətini yüksək qiymtələndirib: “Azərbaycan Kubokunu qazanmaq çox yaxşı nəticədir.
Çünki orada “Qarabağ” kimi komanda var. Bu klub digərlərindən bir baş üstündür. Berezutski orada parlaq iş gördü”.
Syomin adı Moskva MOİK-i ilə hallanan Berezutskini bu vəzifənin öhdəsindən gəlməyə hazır olduğunu hesab edir:
“MOİK yəqin ki, Berezutskiyə maraq göstərir, onu izləyir. Çünki o, klubun yetirməsidir.
Berezutski uzun illər orada futbolçu kimi çıxış edib, sonra da çalışıb. Buna görə də Vasilinin MOİK-də işləmək üçün ciddi əsasları var”.
Ötən ilin noyabrında “Sabah”ın sükanı arxasına keçən Vasili Berezutski bu komandaya Azərbaycan Kubokunu qazandırıb.