Azərbaycan klubu “Bodo Glimt”in sabiq hücumçusunun “ov”una çıxdı

15:00 Sabah 1 247
Azərbaycan klubu “Bodo Glimt”in sabiq hücumçusunun “ov”una çıxdı

Avropa Liqasında qüvvəsini sınayacaq «Sabah» yeni hücumçu «ov»una çıxıb.

Azərbaycan kubokunun sahibi Gilbert Komsonu hədəf alıb.

«Bayquşlar» qanalı forvardla danışıqlara artıq start verib.

30 yaşlı ön xətt oyunçusuna 2 illik müqavilə təklif olunub.

"Sabah" afrikalı uğrunda mübarizədə təkbaşına deyil. Sloveniya, Kosta-Rika, həmçinin Bosniya və Herseqovina klubları da onu sıralarına qatmağa can atır.

Komson Qananın U-16, U-17 və U-23 yığmalarının formasını geyinib. 2016-cı ildə ölkəsinin əsas millisinə dəvət alıb.

Futbolda ilk addımlarını 2008-2010-ci illər aralığında «Ajax Akkra»da atmış hücumçu son olaraq İraqda «Duhok»un şərəfini qoruyub.

Həmçinin kayrerası ərzində «BEC Tero Sasana», «Samut», «Sonqhram», «Soqndal», «Brann», «Kasımpaşa», «Bodo Glimt», «Aalesund» «Sandefjord,» və «Hapoel Petah Tikva»nın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti