“Mən baş məşqçi postuna bu qardaşların və onun namizədliyini təklif edirəm”

11:00 Sabah 323
“Mən baş məşqçi postuna bu qardaşların və onun namizədliyini təklif edirəm”

Xəbər verdiyimiz kimi, “Sabah” baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, iyunun 14-də klub bu barədə açıqlama yayıb.

Qeyd edilib ki, məşqçi ilə müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub.

Bəzi məlumatlara görə, “Sabah”a tarixində ilk titulu - Azərbaycan kubokunu qazandıran Berezutski karyerasını vətəni Rusiyada davam etdirmək istəyir.

Konkret olaraq, onun adı son vaxtlar Moksva SSKA -sı lə tez-tez hallanmağa başlayıb.

Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, bu həftənin 1-ci günü SSKA baş məşqçisi Marko Nikoliçlə əməkdaşlığa son verib. Dünən isə Berezutski “Sabah”dan ayrılıb.

Berezutskinin

Maraqlıdır ki, Marko Nikoliçin gedişindən sonra Rusiya mediası davamlı olaraq Vasili Berezutskinin SSKA-ya gəlməsinin vacibliyi ilə bağlı təbliğata başlayıb.

Vasili Berezutski qardaşı Alekseylə birgə 17 ilə yaxın SSKA-da oynayıb və bu klubun əfsanələri hesab edilir.

SSKA prezidentinin keçmiş müşaviri Valeri Nepomnyaşşi hələ bir neçə gün əvvəl “Matç TV”yə müsahibəsində deyib ki, boş qalan həmin vəzifədə "Sabah"ın baş məşqçisi Vasili Berezutskini görmək istəyir:

“Komandanı SSKA üzləri olmuş futbolçulardan kiminsə qəbul etməsi maraqlı olardı. Həm Serqey İqnaşeviç artıq buna hazırdır, həm də Vasya Berezutski hazırda Azərbaycanda uğurla çalışır”.

Rusiya millisinin keçmiş baş məşqçisi Boris İqnatyev də dünən verdiyi açıqlama Berezutskinin SSKA-ya namizədliyini dəstəkləyib.

“SSKA-nın düşdüyü vəziyyəti nəzərə alaraq, mən Berezutski qardaşlarının və Sergey İqnaşeviçin namizədliyini təklif edirəm” - deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 04:00 Vüqar yaponu döydü