DƏQİQLƏŞDİ! Avropa Liqasında çıxış edəcək klubumuzun əcnəbiləri Bakıya qayıtmayacaq...

16 İyun 19:00 Sabah 825
DƏQİQLƏŞDİ! Avropa Liqasında çıxış edəcək klubumuzun əcnəbiləri Bakıya qayıtmayacaq...

Vasili Berezutiski ilə yolları ayıran "Sabah"da baş məşqçi postu hələ də boşdur.

Amma Avropa Liqasında iştirak edəcək "tələblər" sakit dayanmır.

Belə ki, qitəmiqyaslı yarışda ölkəmizi təmsil edəcək kollektivin hazırlıq planı bəlli olub.

Masazır klubu iyunun 20-si bir araya gələcək.

Komanda təlim-məşq toplanışına birbaşa ölkə xaricində start verəcək. Belədə əcnəbilərin Bakıya dönüşünə gərək qalmayacaq. Onlar istirahətdən birbaşa toplanış üçün seçilən ünvana gələcəklər.

İlk oyun səfərdə olacaqsa, komanda toplanışdan birbaşa həmin ölkəyə yollanacaq.

"Sabah"ın hansı ölkəyə üz tutacağı isə sual olaraq qalır.

Seçim 3 ölkə - Türkiyə, Avstriya və Slovakiya arasında ediləcək.

Təbii ki, bu barədə yekun qərarı yeni baş məşqçi özü verəcək.

Xatırladaq ki, paytaxt klubu avrokuboklarda mübarizəyə birinci başlayacaq.

Komandamız növbəti ayın 10-u artıq ilk matçına çıxacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!