“Bu, onun şəxsi qərarıdır, “Sabah” pis komanda deyil”

3 Fevral 16:20 Sabah 709
“Bu, onun şəxsi qərarıdır, “Sabah” pis komanda deyil”

Qazaxıstanlı futbol eksperti, bu ölkənin milli komandasında oynamış Pavel Yevteyev Stas Pokatilovun "Sabah"a keçidi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “sports.kz” portalına danışan qazax veteran futbolçu Qazaxıstan millisinin üzvünün Azərbaycandakı karyerasının uğurlu alınacağına inandığını bildirib:

"Düşünürəm ki, Stas indi qarşısına ən yüksək məqsəd və vəzifələr qoyan istənilən Qazaxıstan komandasına asanlıqla qoşula bilərdi.

“Sabah”a keçid onun şəxsi qərarıdır. Görünür, futbolçu özünü Avropa arenasında, başqa liqada sınamaq qərarı verib.

Ona uğurlar arzulayıram! “Sabah” pis komanda deyil,

“Qarabağ”ın avrokuboklarda necə yaxşı göründüyünü də bilirik. Ümid edirəm ki, Stas uğur qazanacaq".

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!