Vasili Berezutski "Neftçi" ilə oyunda nəyə təəssüfləndi?

19 Yanvar 2025 20:40 Sabah 1 856
Vasili Berezutski "Neftçi" ilə oyunda nəyə təəssüfləndi?

Sportinfo.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 19-cu turunun “Neftçi” ilə oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Oyun ərzində bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq.

- Elvin Camalov o qədər pis durumdadır ki, onun əvəzinə mərkəz müdafiəçisi həmin mövqedə oynayırdı?

- Bu gün Sofian Çakla tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini bəyəndim. İstədiklərimizi həyata keçirdi. Elvin hələik hazır deyil.

- Düşünmürsüz ki, komandanın zəif nöqtəsi yarımmüdafiə xəttidir və transferlər o zona üçün ediləcək?

- Həm qış, həm də yayda skautlarımız işləyirlər. Axtarışlarımız var. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək. Bununla rəqabəti artıraq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA