Azərbaycan klubu bu millinin qapıçısını icarəyə götürmək istəyir

19 Yanvar 2025 01:00 Sabah 1 502
Azərbaycan klubu bu millinin qapıçısını icarəyə götürmək istəyir

"Sabah" qolkiper transferinə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu haqda Qazaxıstan mediası yazıb.

Masazır təmsilçisi Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilovu icarəyə götürmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar aparılır. 32 yaşlı qolkiperin icarə müddətinin bu mövsümün sonuna qədər davam edəcəyi gözlənilir.

Təcrübəli qolkiper “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat” klublarında oynadıqdan sonra 2024-cü il yanvarın 1-də “Tobol”la anlaşmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA