"Tovuzda ən yaxşı oyunumuzu sərgiləməliyik"

24 Noyabr 2024 16:30 Sabah 726
"Tovuzda ən yaxşı oyunumuzu sərgiləməliyik"

Premyer Liqanın 14-cü turunun mərkəzi qarşılaşması Tovuzda baş tutacaq.

Uğurlu mövsüm keçirən "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.

Matçın nəticəsi qonaqlar üçün iki qat əhəmiyyətlidir.

Son 6 turda qələbə üzünə həsrət qalan "tələbələr" uğursuz sindroma bölgə klubu ilə matçda son qoymaq istəyəcək.

Ağır oyun oyun öncəsi Sportinfo.az-a açıqlama verən "Sabah"ın müdafiəçisi Con İrasabal istəklərinə çatmaq üçün ən uğurlu oyunlarını keçirməli olduqlarını bildirib:

"Turan"la oyunlar həmişə çətin olur. Rəqib yaxşı futbolçulara malik komandadır.

Bu komanda ilə səfər oyunları meydança amilinə görə xüsusilə çətin alınır. Rəqiblə bərabər onun azarkeşlərinə qarşı da mübarizə aparmalı olursan.

Bu oyundan yaxşı nəticə ilə ayrılmaq üçün ən yaxşı oyunumuzu sərgiləməliyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?