COP29

“Makkabi”nin heyətində Bakıya “Neftçi”dən tanış sima gələcək

22 İyun 19:20 Sabah 2 617
“Makkabi”nin heyətində Bakıya “Neftçi”dən tanış sima gələcək

Konfrans Liqasında mübarizə aparacaq “Sabah” ikinci təsnifat mərhələsində İsrail təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Premyer Liqanın bürünc medallarının sahibi Hayfa “Makkabi”si ilə qarşılaşacaq.

Rəqibin heyətində ən məşhur sima kapitan Lior Rafaelovdur.

Azərbaycanlı futbolsevərlərə yaxından tanış olan ad isə Kenni Sayefdir.

Laurentsiu Regekampfın dönəmində “Neftçi”yə cəlb olunaraq ilyarım ağ-qara formanı geyinən 30 yaşlı yarımmüdafiəçi bu ilin əvvəlindən Hayfa klubunun şərəfini qoruyur.

Ölkə publikasının tanıdığı Sayefin müəyyən aradan sonra yenidən Azərbaycanda meydana çıxmasının tribunalar tərəfindən necə qarşılanacağı maraq doğuracaq.

“Sabah”la “Makkabi” arasında ilk oyun iyulun 25-də səfərdə, avqustun 1-də Bakıda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu