COP29

Bir yerisz hərəkət etdi, "Sabah"ı bu qədər xərcə saldı, özü isə…

16 May 23:20 Sabah 844
Bir yerisz hərəkət etdi, "Sabah"ı bu qədər xərcə saldı, özü isə…

AFFA İntizam Komitəsi (İK) "Sabah"ın legioneri Davit Volkovu ikisi şərti olmaqla dörd oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna hücumçunun "Qəbələ"yə uduzduqları (0:2) Premyer Liqanın XXXIV turunun matçında birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Gürcüstanlı forvarda üç ay sınaq müddəti təyin edilib. Paytaxt təmsilçisi oyunçusunun hərəkətinə görə 3000 manat cərimələnib.

İK "Sumqayıt"a isə 800 manat cərimə kəsib. Buna səbəb "gənclik şəhəri" təmsilçisinin "Səbail"a qalib gəldiyi (2:0) qarşılaşmadan sonra meydana kənar şəxslərin daxil olmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!